İqlim dəyişmələrinə adaptasiya mövzusunda konfrans keçirilib FOTO


Digərləri 25 Apr 2018 13:10:00 246 0

İqlim dəyişmələrinə adaptasiya mövzusunda konfrans keçirilib  FOTO

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində 24 aprel 2018-ci il tarixində "Hyatt Regency" mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu" mövzusunda Konfrans keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.


Xəbərə aid fotolar