Yeni nazirdən bağçaların yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət


Digərləri 25 Apr 2018 13:13:13 272 0

Yeni nazirdən bağçaların yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət

Təhsil naziri Ceyhun Bayramov ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, 2017-ci ildə Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilib: "Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb".

Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlərin həyata keçirildiyini deyən nazir əlavə edib ki, qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib: