Hamını və hər şeyi unutdu, amma xanımını unutmadı


Digərləri 25 Apr 2018 13:01:00 265 0

Hamını və hər şeyi unutdu, amma xanımını unutmadı

Onu unuda bilmirəm. Vəfat edib, məni tərk edib, amma yanımdadır.

İngiltərənin Nottingem Universitetinin nəzdindəki hospitalda müalicə olunan Rey Mitçell demensiya xəstəsidir. Bu xəstəliyə tutulanların hafizəsi korlanır, onlar ən elementar nəsnələri belə unudurlar. Demensiya xəstələri əksər hallarda ailə üzvlərini belə tanımır, adlarını yadından çıxarırlar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 93 yaşlı Rey Mitçell hamını və hər şeyi unudub, hətta harada yaşadığını, neçə yaşı olduğunu bilmir, övladlarını, nəvələrini tanımır.

Amma o, səkkiz il öncə vəfat etmiş mərhum xanımını unuda bilmir.

BBC 2 telekanalının proqramının çəkiliş qrupu hospitalda olarkən ahıl Rey çarpayısında oturaraq xanımının fotosunu əlində tutub, ağlayaraq deyib: "Həyatımın çox anlarını unutmuşam. Amma onu unudan deyiləm. Onu həmişə sevmişəm, indi də sevirəm. Onunla evləndiyim üçün bəxtəvərəm. Qəmliyəm. O yoxdursa, həyat nəyə gərəkdr?! O yoxdursa, mən niyə yaşayıram".


Xəbərə aid fotolar