Piter Teys: "Sarkisyanın istefası Ermənistanın müasir tarixində ən müsbət hadisədir"


Dünya 25 Apr 2018 12:45:00 300 0

Piter Teys: "Sarkisyanın istefası Ermənistanın müasir tarixində ən müsbət hadisədir"

Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir.

Son.az xəbər verir ki, bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.

O qeyd edib ki, Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq, çünki bu gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Serj Sarkisyanı uzaqlaşdırdılar:

"Ermənistanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı genişmiqyaslı etirazlar nəticə verdi və bu Ermənistan xalqı müsbət dəyişikliklərə ümid edir. Daxili və xarici qüvvələr S.Sarkisyana güclü təzyiq göstərdi. Əminəm ki, o etirazların bu cür güclənəcəyini gözləmirdi".