Kurtua millinin məşqçisini məhkəməyə verdi


İdman 25 Apr 2018 12:35:00 259 0

Kurtua millinin məşqçisini məhkəməyə verdi

Chelsea'nin və Belçika millisinin qolkiperi Tibo Kurtua yığmanın sabiq baş məşqçisi Mark Vilmotsu məhkəməyə verib.

Goal.az-ın məlumatına görə, qapıçı bu barədə tvitter hesabında yazıb:

“İlk dəfə deyil ki, Vilmots ictimaiyyət önündə məni və atamı təhqir edir, nüfuzuma xələl gətirməyə çalışır. Bu səbəbdən də, onu məhkəməyə vermək qərarına gəldik. Dəymiş zərər müqabilində kompensasiya tələb edirik”.

Qeyd edək ki, Mark Vilmots Tibo Kurtuanı Belçika yığmasının planı barədə atasını məlumatlandırmaqda günahlandırmışdı. Kurtuanın atasının həmin informasiyanı media nümayəndələrinə ötürdüyünü iddia etmişdi.