Ermənistan Müdafiə Nazirliyində xaotik durum:


Dünya 25 Apr 2018 12:26:00 300 0

Ermənistan Müdafiə Nazirliyində xaotik durum:

Serj Sarkisyanın istefasından sonra Ermənistan müdafiə nazirliyində Vigen Sarkisyanla digərlərinin mövqeləri toqquşub. 

Daha öncə xəbər veridiyimiz kimi, Serj Sarkisyan istefa vermədən öncə Ermənistan ordusunun sülhməramlı briqadasının bir qrup hərbi qulluqçuları hərbi hissəni tərk edərək, nümayişçilərə qoşulub. 

Son.az ordu.az-a istinadən xəbər verir ki, hazırda baş verənlərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyində aparılan müzakirələr zamanı müdafiə naziri Vigen Sarkisyan və erməni ordusunun digər yüksək vəzifəli şəxslərinin mövqelərində toqquşma baş verib. 

Vigen Sarkisyan tələb edir ki, baş verənlərlə əlaqədar ciddi ölçü götürülməli, buna yol verən hərbi qulluqşular cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin Ermənistan ordusunun yüksək vəzifəli hərbi qulluqçuları nazirə məsləhət görüblər ki, hərbi hissəni tərk edən hərbi qulluqçularla əlaqədar hər hansı dəyərləndirmə aparmaqdan, xüsusilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə danışmaqdan uzaq dursun.