Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın edənlər saxlanıldılar


Kriminal 25 Apr 2018 12:04:16 289 0

Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın edənlər saxlanıldılar

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində yaşayan Allahverdiyevlər ailəsinin evinə silahlı basqın etmiş şəxslər saxlanılıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, həyata keçirilmiş operativ əməliyyat-istintaq tədbirləri nəticəsində 1969 və 1986-cı il təvəllüdlü şəxslər Ağayan kəndində saxlanılıb.

Saxlanılan şəxslərin birinin evində axtarış zamanı narkotik vasitə və lüləsi kəsik ov tüfəngi aşkar olunub. Cinayətkar dəstə üzvlərinin oğurladıqları qızıl və digər əşyalar müsadirə olunub. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.