Liverpool - Roma matçında laynsmanın başına kuryoz hadisə gəldi


İdman 25 Apr 2018 11:52:00 259 0

Liverpool - Roma matçında laynsmanın başına kuryoz hadisə gəldi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin Liverpool və İtaliyanın Roma klubları arasında keçirilən ilk yarımfinal matçında kuryoz hadisə qeydə alınıb.

Goal.az xəbər verir ki, matçın 5-ci dəqiqəsində yan xətt hakimi Stefan Luppun bayrağında problem yaranıb. Belə ki, bayraq çubuqdan çıxıb. Laynsman onu yerinə sala bilmədiyindən, almaniyalı baş hakim Feliks Brıx ona yeni bayraq verilməsini tələb edib. Ən maraqlı epizodlardan biri də elə ona yeni bayraq gətirilənə qədər baş verib. Belə ki, Liverpool'un hücumu zamanı Roberto Firminonun oyundankənar vəziyyət olduğunu göstərmək üçün Lup bayraqsız çubuğu havaya qaldırıb.

Qeyd edək ki, oyun Liverpool'un 5-2 hesablı qələbəsi ilə yekunlaşıb.