Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı


Dünya 25 Apr 2018 12:00:00 195 0

Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı

Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər.