Arsenal'ın prezidenti yeni baş məşqçinin adını açıqladı, azarkeşlər etiraz etdi


İdman 25 Apr 2018 11:34:00 237 0

Arsenal'ın prezidenti yeni baş məşqçinin adını açıqladı, azarkeşlər etiraz etdi

Arsen Vengerin mövsümün sonunda Arsenal'dan ayrılmaq qərarı verməsindən sonra "topçular"ın yeni baş məşqçisinin kim olacağı böyük maraqla gözlənilir.

Goal.az xəbər verir ki, klubun prezidenti İvan Qazidis yeni baş məşqçinin Manchester City"də Pep Qvardiolanın köməkçisi olan Mikel Artetanın ola biləcəyini deyib. Arteta ilə yanaşı, Luis Enrike, Paulo Fonçeska, Brendan Rocers və Yulian Naqelsmann da London klubunun yeni baş məşqçisi adına namizəddir.

Klubun azarkeşləri sosial şəbəkələrdə Artetanın yeni baş məşqçi olması iddialarına etiraz ediblər. Onlar komandanın gənc və təcrübəsiz mütəxəssisə tapşırılmasını istəmirlər.

Qeyd edək ki, 36 yaşlı Arteta 2011/16-cı illərdə Arsenal'da çıxış edib və karyerasını bu komandada başa vurub.