Almaniya AÇ-2024-ə namizədliyini sürdü


İdman 25 Apr 2018 11:17:00 250 0

Almaniya AÇ-2024-ə namizədliyini sürdü

Almaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Goal.az xəbər verir ki, ittifaqın prezidenti Raynhard Qrindel UEFA-nın mənzil-qərargahında bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.

Almaniya AÇ-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlamışdı.