20 qat ölkə çempionuna ağır cəza


İdman 25 Apr 2018 10:52:00 263 0

20 qat ölkə çempionuna ağır cəza

UEFA Yunanıstanın Panathinaikos klubunu avrokuboklardan uzaqlaşdırıb.

Goal.az xəbər verir ki, sözügedən klub qarşıdakı 3 il ərzində avrokuboklara vəsiqə qazansa da, yarışlara buraxılmayacaq. Bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Buna yunanların UEFA maliyyə feyr pley qaydalarını pozması səbəb göstərilir. 

Qeyd edək ki, Panathinaikos 20 qat Yunanıstan çempionudur. Ötən mövsümün bürünc mükafatçısı hazırda ölkə çempionatında 7-ci yerdə gedir.