Salaha torpaq sahəsi hədiyyə edildi


İdman 25 Apr 2018 10:35:00 289 0

Salaha torpaq sahəsi hədiyyə edildi

Səudiyyə Ərəbistanı hökuməti Liverpool-un klubunun ulduz futbolçusu Məhəmməd Salaha Məkkə şəhərində torpaq sahəsi hədiyyə edib.

Goal.az-ın məlumatına görə, bu barədə Məkkə şəhərinin bələdiyyə şurasının rəhərinin müavini Fəht Ər-Rouki "Əl Vətən" qəzetinə açıqlamasında məlumat verib. Krallığın hakimiyyəti Salaha İngiltərə çempionatında göstərdiyi yaxşı oyuna və rekord göstəricilərə görə torpaq sahəsi ayırmaq qərarına gəlib.

Ər-Rouki həmçinin misirli futbolçunun ərəb və Səudiyyə gənclərinə müsbət təsiri olacağını, eləcə də oyunçunun Böyük Britaniyadakı bütün müsəlmanların səfiri olduğunu qeyd edib.