ABŞın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı


Siyasət 25 Apr 2018 10:15:00 86 0

ABŞın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Səfirlikdən Son.az-a verilən məlumata görə, müsahibə zamanı aparıcı səfir Süleymanovdan 25 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatiriələrini bölüşməyi xahiş edib. O, səfir Süleymanovun gənc yaşlarında ailəsi ilə birlikdə Kəlbəcərdə zaman keçirməsini xatırladaraq, Kəlbəcər, onun təbiəti barədə fikirlərini sorğu edib.

Səfir Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə zaman keçirdiyini bildirib, Kəlbəcərin olduqca gözəl bir yer olduğu, burdakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən biri olduğunu diqqətə çatdırıb. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını və burada yaşayan əhalinin məcburən tərk edilməyə məruz qaldığını bildirib.

Aparıcı həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sual verib. Səfir Süleymanov əsasən kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz originallığı ilə yadda qaldığını bildirib, burada tikilən evlərin daşdan, əsasən çay daşından olması, rayonun ümumilikdə çox yaşıl, o cümlədən dağlıq ərazi olmasını diqqətə çatdırıb, Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkar olmasını vurğulayıb. Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırıb, Kəlbəcərdə qızıl, mis yataqlarının olmasını vurğulayıb, gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edir.

Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanır, onların harada və necə olmalarını sorğu edib.

E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edib. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladıb, bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ağrı ilə bildirib, bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edib. Səfir UNHCR-da (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmasda olduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırır.

Aparıcının onların hazırda geri qayıtmaq, öz evlərinə geri dönmək istəklərinin olub olmaması sualına səfir Süleymanov cavablandıraraq, iki azərbaycanlının, o cümlədən Rusiya vətəndaşı olan həmvətənlərimizin öz valideynlərinin məzarını ziyarət etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə keçməsi, lakin Ermənistan tərəfindən əsir götürülərək hələ də geri qayıtmamasını xatırladıb. Səfir bildirib ki, Kəlbəcərdə olmuş heç bir insan buradan geri dönmək istəmir və məcburi köçmüş azərbaycanlılar əlbəttə ki, vətənlərinə qayıtmaq istəyirlər. O, Kəlbəcərdə olmasından uzun illər ötsə də, hələ də bu ecazkar yerin təsiri altında olduğunu bildirir, onun gözəlliyini Amerikanın əfsanəvi Qrand Kanyonu (Grand Canyon) ilə müqayisə edib.

Aparıcı Sovet İttifaqının dağılmasına təsadüf edən, 80-ci illərin sonundan başlayan münaqişənin 1994-cü ilin may ayında atəşkəslə başa çatmasını, lakin hələ də nəticəsiz qaldığını bildirir, təmas xəttində atəşkəsin pozulması hallarını xatırladıb. O, Azərbaycanın münaqişənin nəticəsiz qalması barədə BMT və ATƏT-ə müraciətlər etməsinə toxunub.

Azərbaycan səfiri münaqişənin həlli yolunda müəyyən irəliləyiş gözlədiyini, sülhün regiondakı bütün ölkələrin xeyrinə olduğunu bildirib. E.Süleymanov azərbaycanlılar və ermənilərin Azərbaycan torpaqlarında birlikdə, əvvəllər olduğu kimi yaşayacağına ümidini ifadə edib. O, bildirib ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Azərbaycanın beynəlxalq sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuşdur və məhz Kəlbəcərin işğalı nəticəsində BMT Təhlükəsizlik Şurası dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir. Səfir Süleymanov Rusiya ilə yanaşı münaqişənin həllində ABŞ-ın da fəal olmasının vacibliyini vurğulayıb. O, bəzən ABŞ-ın Azərbaycana kifayət qədər diqqət yetirməməsini, bəzən isə buna Amerikadakı bəzi maraq qrupları, erməni lobbiçilərinin mane olduqlarını bildirib.

C.Batçelor sonda Kəlbəcərdən olan insanların vətənlərinə geri qayıtmaq istəyində olduqlarını, bir gün səfir Elin Süleymanovun onu gənclik illərində atası ilə gəzdiyi Kəlbəcər torpaqlarına aparacağına ümid etdiyini bildirib.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6783064-the-tragedy-of-the-dishomed-in-the-unending-nagorno-karabakh-war-elinsuleymanov internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub like
  • 25 Apr 10:13  
Digərləri Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub

Gəncə şəhərində fəaliyyət göstərən 70 nəfərdən çox sahibkar üç

arrow Ətraflı
Sinəsi görünən aktrisanı "yıxıbsürüdülər"  FOTO like
  • 25 Apr 10:11  
Digərləri Sinəsi görünən aktrisanı "yıxıbsürüdülər" FOTO

"Yasak Elma" serialındakı səhnə sosial şəbəkədə müzakirələrə səbə

arrow Ətraflı
"45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri imtahanda uğur qazanıb" like
  • 25 Apr 10:06  
Digərləri "45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri imtahanda uğur qazanıb"

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də inzibati vəzifələrin B növ

arrow Ətraflı
Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb like
  • 25 Apr 10:05  
Digərləri Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb

Azərbaycan və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın mö

arrow Ətraflı
BMT baş katibi: "Münaqişələrin qarşısının alınması prioritet olmalıdır" like
  • 25 Apr 10:04  
Dünya BMT baş katibi: "Münaqişələrin qarşısının alınması prioritet olmalıdır"

BMT Baş Assambleyasında sülhün bərqərar olması və sülhün dəstəklənm

arrow Ətraflı
Tramp da erməniləri məyus etdi like
  • 25 Apr 10:02  
Dünya Tramp da erməniləri məyus etdi

ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə d

arrow Ətraflı
DİM: Yuxarı yaş intervalına aid kişi və qadın namizədlər uğur qazana bilməyib like
  • 25 Apr 09:57  
Digərləri DİM: Yuxarı yaş intervalına aid kişi və qadın namizədlər uğur qazana bilməyib

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin B növünə (i

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi like
  • 25 Apr 09:53  
Digərləri Azərbaycan neftinin qiyməti 76 dolları keçdi

Azərbaycan neftinin qiyməti 1 dollar bahalaşıb.

arrow Ətraflı
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışılıb like
  • 25 Apr 09:52  
Digərləri ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışılıb

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio ver

arrow Ətraflı
Tramp da erməniləri məyus etdi - "soyqırımı" demədi like
  • 25 Apr 09:49  
Digərləri Tramp da erməniləri məyus etdi - "soyqırımı" demədi

ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə d

arrow Ətraflı
Tibb fakültəsinin tələbəsi Instagram fenomeninə çevrildi  FOTO like
  • 25 Apr 09:48  
Digərləri Tibb fakültəsinin tələbəsi Instagram fenomeninə çevrildi FOTO

Berika Demir açıq-saçıq geyimləri, cazibədar bədəni ilə diqqət mərkə

arrow Ətraflı
Sutka ərzində atəşkəs 95 dəfə pozuldu like
  • 25 Apr 09:45  
Digərləri Sutka ərzində atəşkəs 95 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı