Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub


Digərləri 25 Apr 2018 10:13:00 229 0

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 10 mindən çox bildiriş daxil olub

Gəncə şəhərində fəaliyyət göstərən 70 nəfərdən çox sahibkar üçün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) təqdimatı keçirilib.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən 70 nəfərdən çox sahibkar üçün təşkil olunan tədbirdə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) təqdimatı keçirilib. Paatadan Trend-ə verilən məlumata görə, mart ayından etibarən fəaliyyət göstərən Reyestr vasitəsilə kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi Gəncə şəhərində çalışan sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.