Tramp da erməniləri məyus etdi


Dünya 25 Apr 2018 10:02:00 233 0

Tramp da erməniləri məyus etdi

ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib.

Son.az xəbər verir ki, bu barədə Trend Ağ Evin saytında dərc olunan Prezident müraciətinə istinadən məlumat verir.

Bununla yanaşı, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində "böyük faciə" mənasını verən sözdən istifadə edib.