DİM: Yuxarı yaş intervalına aid kişi və qadın namizədlər uğur qazana bilməyib


Digərləri 25 Apr 2018 09:57:00 203 0

DİM: Yuxarı yaş intervalına aid kişi və qadın namizədlər uğur qazana bilməyib

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçirilən dövlət qulluğuna qəbul imtahanının statistik nəticələri açıqlanıb. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib. İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20-24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib. 25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir. Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu, 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir. İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər. Ümumi məlumat Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%) 20-24 483 265 54.9 25-29 710 305 43.0 30-34 286 79 27.6 35-39 100 18 18.0 40-44 42 7 16.7 45-49 16 1 6.3 50-54 20 1 5.0 55-59 12 0 0.0 60-64 3 0 0.0 Cəmi: 1672 676 40.4 Kişi və qadınlar üzrə məlumat Cinsi Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%) Kişi 20-24 286 147 51.4 Kişi 25-29 445 187 42.0 Kişi 30-34 176 46 26.1 Kişi 35-39 63 8 12.7 Kişi 40-44