Vaqif Əsədov: "Hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir"


Digərləri 25 Apr 2018 09:21:50 358 0

Vaqif Əsədov: "Hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir"

Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır.

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

V. Əsədov deyib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır: "Ancaq necə yaşamaq - ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkərlıq edəndə nəticə ağır olur. Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə - istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, "hara tələsirdin?"..."

Bölmə rəisi qeyd edib ki, təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə, insan tələfatı, insan sağlamlığı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar: "Qanunu bilmək, yaxud bilməmək insanı məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə, hüquqi vəziyyətinə qanun qiymət verir. Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. Bu, onu - insanı məsuliyyətli edən, təhlükəsiz edən onun əməlləridir, davranışlarıdır.