Milli Məclisin növbəti 2 iclasının tarixi və gündəliyi müəyyənləşdi


Siyasət 25 Apr 2018 09:16:00 248 0

Milli Məclisin növbəti 2 iclasının tarixi və gündəliyi müəyyənləşdi

Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib.

Son.az-ın APA-ya istinadən xəbərinə görə, mayın 1-i və 4-ü keçiriləcək plenar iclaslarda gündəliyə  52 məsələ daxil edilib. Bunların arasında "Kütləvi İnformasiya Vasitələri haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Sosial sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqlarının qorunması haqqında" və digər qanunlara dəyişikliklər var.