41 yaşlı kişini at vurub


Digərləri 25 Apr 2018 08:20:00 276 0

41 yaşlı kişini at vurub

Xızıda 41 yaşlı kişini at vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Xızı rayon sakini Hüseynov Osman Əliyar oğlunu at vuraraq ağır yaralayıb. O, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan O.Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.