Dönərxananın qarşısında dalaşanları ayırmaq istəyib, bıçaqlanıb


Kriminal 25 Apr 2018 08:12:00 234 0

Dönərxananın qarşısında dalaşanları ayırmaq istəyib, bıçaqlanıb

Bərdə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə "Yeni qəsəbə" adlanan ərazidə qeydə alınıb.

İsmayılov Şamo Yusif oğlu işlədiyi dönərxananın qarşısında dalaşan iki nəfəri ayırmaq istəyib. Bu zaman dalaşanlardan biri - Bərdə şəhəri Türkman kənd sakini, Zöhrab adlı şəxs ona ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.