"Biz terror qruplaşmaların məhv edilməsi üzrə işimizi yekunlaşdırmalıyıq"


Dünya 25 Apr 2018 08:17:00 219 0

"Biz terror qruplaşmaların məhv edilməsi üzrə işimizi yekunlaşdırmalıyıq"

Fransa Suriyada terrorizmin məhv edilməsini yekunlaşdırmaq və suriyalılara sülhdə yaşamaq imkanını yaratmaq üçün qalacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu Fransanın prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla mətbuat konfransı zamanı deyib.

"Biz terror qruplaşmaların məhv edilməsi üzrə işimizi yekunlaşdırmalıyıq", deyə fransız prezident bildirib.