Hanı o səyyar kinolar?


Digərləri 25 Apr 2018 07:41:00 331 0

Hanı o səyyar kinolar?

Müasir dövrdə bu məsələ aktuallığını itirsə də, yaşlı insanlar elliklə yığışıb kinoya baxdıqları günləri xoş xatirə kimi yada salırlar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Təsəvvür edin, sovet dövrünün sonları, türk, hind, amerikan filmlərinin qapalı cəmiyyətə ayaq açdığı o illər... Sahələrdə işləyən kolxozçular "axşam kəndə kino gələcək" deyərək, ən yaxşı paltarlarını geyinib kinoya baxmağa gedərmişlər. Bu gün köhnə filmlərə baxdıqca, ailələrimizdəki yaşlılar onları könül xoşluğu ilə xatırlayır, həmin filmləri rayonlara, kəndlərə gələn səyyar kino vasitəsilə izlədiklərini deyirlər. Yadımdadı, nənəm deyirdi: "9 uşağımın yeməyini yedirib rahatlayırdım, işlərimi tamamlayıb axşam uşaqları da yanıma alıb xarici filmlərini izləməyə gedirdim. Bu gün sizin həvəslə izlədiyiniz o filmlər bizim qapımızın ağzına gəlirdi..."

O gündən bu günə çox şey dəyişib. İndi kompyuter, internet əsridir. Bu gün Azərbaycan kino sahəsində də böyük irəliləyiş nəzərə çapır. Yerli filmlərimiz nəinki kinoteatrlarımıza ayaq açır, bu aləmdə xarici filmlərlə rəqabətə belə girirlər. Danılmaz faktdır ki, bu gün yerli filmlərimizə maraq kifayət qədərdir. Onlar daha çox izlənilir və baxılır. Hətta çəkilən filmlər öz büdcəsini kinoteatrlarımızdan çıxara bilirlər. Əlbəttə ki, bu, sevindirici haldır, di gəl ki, bu filmlər bölgə kinoteatrlarına gedib çata bilmir. Bəs bu gün o nostalji hisslərlə xatırlanan səyyar kino industriyası niyə yoxdur? Onun bərpa olunması üçün hansı prosedurlardan keçmk gərəkdir?