"Desəm ki döyülməmişəm, səmimi olmaram" tanınmış azərbaycanlı aparıcı FOTO


Şou-biznes 25 Apr 2018 07:28:00 231 0

"Desəm ki döyülməmişəm, səmimi olmaram"  tanınmış azərbaycanlı aparıcı  FOTO

Şəbnəm Həsənova: Əvvəllər çevrəmdəki qadınlar "uşaqlarım üçün yaşayıram" deyəndə gülürdüm

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ana olmaq şərəfli və bir o qədər də çətin missiyadır. Hansı ki, bu adı dünyaya övlad gətirən hər qadına şamil etmək mümkün deyil. Təəssüf ki, XXI əsrdə də dünyaya övlad gətirib, ondan imtina edən və taleyin ümidinə buraxan valideynlər az da olsa var. Cəmiyyətimiz onları şiddətli şəkildə qınayır və "ana"lıq missiyasının onlara heç bir aidiyyatı olmadığını vurğulayır. 

Bu gün sizə örnək ana olaraq təqdim edəcəyim valideynlərdən biri də tanınmış aparıcı Şəbnəm Həsənovadır. İki övlad sahibi olan müsahibimin böyük oğlu Turanın 8 yaşı, Tomrisin isə 3 yaşı var. Uşaqlarının tərbiyəsinə həssaslıqla yanaşan aparıcı işdən qalan zamanını onlara sərf etdiyini deyir və övladları ilə gününün daha şən, əyləncəli keçdiyini gizlətmir.      - Şəbnəm xanım, uşaqlarınızla nə qədər zaman keçirirsiniz?

- Açığını deyim ki, iş rejimim o qədər də gərgin deyil və ona görə övladlarımla çox zaman keçirmə imkanına sahibəm. Həftənin 2-3 günü işləyirəm, qalan günlər isə zamanımı uşaqlarıma sərf edirəm. Uşaqlarla daha çox zaman keçirməyin tərəfdarıyam. Ümumiyyətlə, uşaqlıq illəri insan ömrünün ən qayğısız, gözəl çağlarıdır və təəssüf ki, bu zaman çox qısadır, biz böyüyürük, ancaq uşaqlıq arxada qalır. Bacardığımız qədər uşaqlara öz uşaqlığını dolğun keçirməsi üçün şərait yaratmağın tərəfdarıyam. Nəinki körpə uşaqların, hətta böyüklərin belə içində az da olsa bir uşaqlıq var.

- Övladlarınızın istəkləri ilə çoxmu oynayırsınız?

- Əlbəttə. Misal üçün, onların istəyi ilə evdə heyvan saxlayırıq. Evdə pişiyimiz, itimiz, tutuquşumuz var. Uşaqlarımla zaman keçirmək üçün hər hansı əyləncə mərkəzinə üstünlük vermirəm. Daha çox kinoya baxırıq, təbiət qoynunda istirahət etməyə gedirik. Şəraitə uyğun olaraq onları at sürməyə aparıram. Çalışıram ki, övladlarım canlılarla daha çox təmasda olsunlar.    - Bəzən deyirlər ki, ana oğula daha çox bağlı olur. Sizdə də elədirmi?

- Heç bir halda övladlarıma fərq qoymuram. Mənim üçün hər iki övladım və onların fikirləri dəyərlidir. Hətta qızım dünyaya gələndə, Turanın qərarlarına hörmət etdiyimizi görməsi üçün onunla söhbət etdik. Biz onunla ana-övlad deyil, iki yaxın dostuq və özü də bilir ki, bizim üçün nə qədər dəyərlidir. Hətta biz o qədər narahat idik ki, ondan sonra ikinci övladımız dünyaya gələrsə, Turanın bacısını paylaşa bilməyəcəyini də düşünürdük. Bunun üçün psixoloji olaraq Turana təzyiq göstərdik. Əslində o istəyirdi ki, qardaşı olsun. Mən bir variant işlətdim və dedim ki, qardaşın olsa, maşınlarınızı və digər oyuncaqlarınızı öz aranızda paylaşa bilməyəcəksiniz, bəlkə bacın olsun? Bu üsulla onun daha çox bacıya ehtiyacı olduğunu qəbul etdirdik və bunun üçün müxtəlif üsullara əl atdıq. Çox şükür, bu gün oğlum bacısını çox istəyir.

- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Ana olduqdan sonra məsuliyyətim artdı. Bəzən çevrəmdəki qadınlar "uşaqlarım üçün yaşayıram" deyəndə gülürdüm. Fikirləşirdim ki, insan niyə uşağı üçün yaşasın ki? Valideyn olandan sonra "uşaqlarım üçün yaşamalıyam" deyə qarşıma məqsəd qoydum. Həqiqətən də uşaqlarım üçün yaşayıram. Hətta düşünürəm ki, mənim özümün sağlamlığım belə uşaqlarım üçün lazımdır ki, onları istədiyim şəkildə böyüdüm.

Valideynlərim dünyasını tez dəyişdiyi üçün uşaqlarım nənə, baba korluğu çəkir. Həyatlarındakı o natamamlıq olmasın deyə, çox yaxın insanlarımız var ki, onlara bu sənin nənən, babandır demişəm.  Övladlarımızı böyüdərkən onlara özgüvəni verməyə çalışırıq. İstəyirik ki, ürəkli böyüsünlər.    - Uşaqlar xəstələnəndə onların sağlamlığı ilə özünüz maraqlanırsınız, yoxsa bunu dayəyə həvalə edirsiniz?


Xəbərə aid fotolar