Qadının başına it düşdü, beyni silkələndi VİDEO


Digərləri 25 Apr 2018 03:30:00 256 0

Qadının başına it düşdü, beyni silkələndi  VİDEO

Çin sakini qəribə və gözlənilməz bədbəxt hadisə ilə üzləşib.

Son.az axşam.az-a istinadən bildirir ki, hadisə Quançjou əyalətində yaşanıb. İki qadın binanın girişinə yaxınlaşarkən qəflətən yuxarıdan it düşüb. Qadınlardan birinin başına düşən it daha sonra müvazinətini düzəldərək qaçıb. 

Ancaq üzərinə it düşən qadın ağır kəllə-beyin və boyun əzələlərinin travması aldığından huşunu itirir. Dərhal xəstəxanaya çatdırılan sakin həkimlərin müşahidəsi altındadır. Polis bəzi detalları öyrənmək üçün itin sahibini axtarır.