SENSASİYALI İDDİA: insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...


Digərləri 25 Apr 2018 02:30:00 293 0

SENSASİYALI İDDİA: insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...

Səmavi dinlərdə qeyd olunur ki, Tanrı Həvvanı Adəmin qabırğasından yaradıb. Ateistlər illər boyu buna barmaqarası yanaşsalar da bugünkü tədqiqatçılar dini rəvayətləri əsassız saymırlar. Belə bir fərziyyə mövcuddur ki, ilk qadın Yer üzündə məhz kişilərin sayəsində yaradılıb, amma bu planetdəki deyil, başqa dünyadan gəlmiş kişilərin!

Belə ki, təqribən 80 il bundan qabaq amerikalı antropoloqlar Lin və Berqer mağara insanlarının sümük qalıqlarını araşdırarkən heyrətə gəlmişdilər.

Son.az xəbər verir ki, buna səbəb ibtidai qadınların iki deyil, dördayaqlı olması faktı imiş. Tapılan sümüklər belə deməyə əsas verir. Amma kişilər elə əvvəldən ikiayaqlı, dik gəzən olublar.

Bundan qaynaqlanan araşdırmaçılar maraqlı bir mülahizə irəli sürüblər: təxminən 60 min il bundan qabaq Yer Kürəsinə yadplanetli kişilər gəliblər. Onlara qadın lazım olduğu üçün axtardıqlarını bu dünyada da tapa bilmədiklərindən dişi meymunları "insan"laşdırıblar.

Sual yarana bilər ki, bəs yadplanetlilərin öz dünyasında qadın yox idi? Alimlər güman edirlər ki, bu kişilər öz dünyasından qovulmuş canilər, üsyankarlar ola bilərdi. Ya da Yer Kürəsinə enməyə məcbur olmuşdular. Yaxud elmi təcrübə aparırdılar. Yəni hansısa səbəbdən öz planetlərinə qayıda bilmədikləri üçün burada qadına ehtiyacları varmış.