Məşhur modelin gündəlik stilləri FOTO


Digərləri 25 Apr 2018 00:45:00 302 0

Məşhur modelin gündəlik stilləri  FOTO

Bu gün dünyanın bir çox lüks markaları ilə işləyən model Cici Hadid küçə stili ilə də diqqətləri üzərinə toplamağı bacarır. Cici sadə şıqlığı ilə bir çox modapərəstin ilham mənbəyidir. Şübhə etmirik ki, Cicini qarşıda daha böyük nailiyyətlıər gözləyir.

Hadid adətən mokasin ayaqqabılara üstünlük versə də, incəliyini heç vaxt ititmir. O, aksessuarlar mövzusunda da olduqca uğurlu nümunələr seçir. Məsələn, bu ilin trendi sayılan kiçik çərçivəli eynəklər onun sayəsində məhurlaşıb.

Boho elementlərinə və torpaq tonlarına üstünlük verməsi Hadidi digərlərindən fərqləndirən əsas nüanslardır. Moda dünyasının sonuncu böyük kəşflərindən olan Cici Hadidin diqqətçəkən stillərini toplamışıq.

Son.az modapərəst oxucuları Cici Hadinin küçə stili və dəb sirləri ilə tanış edir.

Parlaq rənglər

Cicinin gündəlik qarderobunu cins şalvarlar, toplar və rahat köynəklər təşkil edir. Əsasən açıq və pastel tonların pərəstişkarı olan model parlaq rənglərdən qorxmur.

Baharda gündüzlər hava isti olur, gecələrsə üşüyürük. Bununla belə Cici Hadid imkan vermir ki, soyuq onun üslubunu və əhvalını korlasın. O, obrazını rövnəqləndirən çəhrayı kimi parlaq rənglərdə üst geyimləri seçərək soyuğun təsirini azaldır.

Qarderobda dəniz əhval-ruhiyyəsi

Cici Hadid yay aylarında qarderobunu dənizin, günəşin gözlənilməz rəngləri və göy qurşağının çalarları ilə doldurur. O, açıq tonları bir-biri ilə məharətlə birləşdirir. Əgər obrazın daha effektli alınmasını istəyirsinizsə, mavi kimi açıq toları kontrast qırmızı birləşdirin.