İrəvan Paşinyanla danışıqları dayandırdı


Dünya 24 Apr 2018 23:57:00 227 0

İrəvan Paşinyanla danışıqları dayandırdı

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında 25 aprelə təyin edilən danışıqlar ləğv edilib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan erməni mediasına açıqlamasında bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir:

"Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.