Həzrət Abbasa xas olan 4 xüsusiyyət


Digərləri 24 Apr 2018 23:20:00 296 0

Həzrət Abbasa xas olan 4 xüsusiyyət

Abbas ibni Əli (ə) elə bir mənəvi dərəcədə olan insan idi ki, onu qalan şəhidlərdən daha yuxarı məqama çatdırmışdı.

İmam Sadiq (ə) onun barəsində buyurur: "Peyğəmbərin (s) yadigarı olduğu üçün Həzrətin (ə) təsliminə, təsdiqinə, vəfasına, xeyirxahlığına şəhadət verirəm".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu nurani hədisdə Həzrət Abbasın (ə) dörd mühüm xüsusiyyəti bəyan edilmişdir ki, onlara nəzər salaq.

1. Təslim məqamı. Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.

Rza məqamında olan insan həmçinin özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər və razı olar. Səbir məqamı ilə rza məqamının fərqi bundadır ki, insan səbir məqamında acıları görər, ancaq savaba çatmaq üçün səbir edər. Ancaq rza məqamında olan insan heç bir zaman acı görməz. Gördüyü hər şey gözəl və şirindir. Çünki Məhbubu tərəfindəndir.

Təslim məqamı isə elə bir məqamdır ki, rza məqamından da yüksəkdir. Təslim məqamında insan artıq özünü görməz ki, desin, mən bunu bəyənirəm. Hər nəyi varsa - Allaha təslimdir, gördüyü ancaq Allahdır.