Həzrət Abbas (ə) sonadək bayrağı əlindən buraxmadı...


Digərləri 24 Apr 2018 23:10:00 293 0

Həzrət Abbas (ə) sonadək bayrağı əlindən buraxmadı...

İmam Səccad (ə) buyurur: "Allah dərgahında Abbas üçün böyük bir məqam vardır ki, bütün şəhidlər Qiyamət günü o məqama qibtə edərlər".

Bəli, Əmirəl-möminin (ə) şücaətli və igid oğlu Abbas Aşura və Tasua səhnəsinin əsl qəhrəmanı idi. Bu vəfalı qardaş və təqvalı cəngavər qardaşının dirəyi və sağ əli idi.

Əbülfəzl Abbasın şücaəti və igidliyi Bəni-Haşim qəbiləsi arasında çox məşhur idi. Tərihi onun haqqında yazır: "Dağ kimi böyük, qəlbi möhkəm idi. Ata minməyi şir kimi idi və mahir qılınc vuran idi".

Son.az deyerler.org-a istinadən bildirir ki, Əbülfəzl Abbas bütün əxlaqi, dini, ruhani və ürfani ədəblərə malik bir insan idi. İmam Hüseynə (ə) qarşı olan ədəbi salehlərin ədəbindən idi. İmam Hüseynə (ə) xitab edən zaman "mənim Mövlam" və ya "Rəsulallahın övladı" deyərdi.

Onun fikri və zehni imanında büdrəmələr müşahidə olunmamışdır. Qəlbində şəkk və şübhədən əsər yox idi və həyatın bütün çıxılmaz vəziyyətlərindən asanlıqla çıxış yolu tapardı.

O, başqa qardaşlarına da örnək olur və onları da əbədi səadətə tərəf hidayət edirdi. Hər kəs ona baxanda atasını xatırlayardı və sanki İmam Əli (ə) onun heybətli cismində öz təcəllisini tapmışdı. Döyüş meydanında atası kimi cəsarətli və ürəkli, insanlarla söhbət edən zaman səbirli və məntiqli idi.