Evdə işləyən usta və ya başqa şəxs üçün içki almaq olarmı?


Digərləri 24 Apr 2018 23:15:00 312 0

Evdə işləyən usta və ya başqa şəxs üçün içki almaq olarmı?

Evdə işləyən usta və ya başqa şəxs üçün, onunla bir süfrədə oturmamaq şərti ilə, içki almaq olarmı?

Son.az islam.az-a istinadən bildirir ki, spirtli içki qəbul etmək İslam dinində ən ağır günahlardan biri sayılır və Allahın qəzəbinə səbəb olur. İçki elə dəhşətli günahdır ki, dinimiz onunla hər hansı vasitə ilə bağlı olmağı qadağan edir. Adam özü içməsə belə, içkinin yayılmasına, içilməsinə və təbliğ olunmasına hər hansı yolla yardım göstərsə, böyük günah qazanar. Hədislərdə nəinki içkini başqasına təklif etmək, hətta içki hazırlamaq niyyəti ilə üzüm əkmək, bu üzümə qulluq etmək, onu dərmək, sıxmaq, içki hazırlamaq, şüşələrə tökmək, daşımaq, satmaq, almaq da elə içki içməyə tay tutulub. Bu işlərin hər hansı birini edən şəxs içki içənlərlə günahda şərikdir. Allahın haramının hökmünü qorumaq hər yerdə və hər zamanda vacibdir. Şəriətimiz heç kim üçün içki almağı və onun üçün içki süfrəsi açmağa şərait yaratmağı icazəli bilmir. Başqası üçün içki alan və öz evində onun içməsinə şərait yaradan adam onunla bir süfrə arxasında oturmasa da, günahkardır və Allah qarşısında cavab verəcəkdir.