Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları təhqir etdi YENİLƏNİB FOTO


Digərləri 24 Apr 2018 22:24:00 320 0

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları təhqir etdi  YENİLƏNİB  FOTO

"Bakı Metropoliteni" QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva  "Facebook"da yazdığı və  böyük qalmaqala səbəb olan ""Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı" sözlərinin düzgün şərh edilmədiyini bildirib və Azərbaycan ictimaiyyətindən üzr istəyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki,L.Babayeva yazıb: "Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm".

15:20

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hər şey "Facebook" sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb. Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi "qaynar saat"larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, "çastpik" (əslində "ças pik" - "час пик") ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, "çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı" (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və "yaranmazdır" yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.


Xəbərə aid fotolar