Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub


Digərləri 24 Apr 2018 22:05:00 289 0

Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub

Damarların sağlam və cavan olması ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır.

Amerikalı qidalanma üzrə ekspertlər son araşdırmalar zamanı damarların sağlamlığını qoruyan əsas 5 məhsul təyin ediblər.

Son.az saglamolun.az-a istinadən bu məhsulları təqdim edir:

1. Sarımsaq

Sarımsaq damarların sərtləşməsini ləngidir, damarların elastikliyini qoruyur. Elastik damarların partlama riski daha azdır.

2. Üzüm

Üzüm, təbii üzüm şirəsi, çaxır (az miqdarda) damarların sağlamlığına müsbət təsir edir, damarları təmizləyir.