Paşinyan: Müxalifət etirazları dayandırmayacaq


Dünya 24 Apr 2018 22:08:00 258 0

Paşinyan: Müxalifət etirazları dayandırmayacaq

Müxalifət öz məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu Ermənistanın müxalif deputatı, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bildirib.

"İnqilabımızın məntiqi sonuna qədər heç bir fasilə olmayacaq. Sabah biz Respublika meydanında mitinq keçirəcəyik. Biz bir saat, hətta yarım saat ərzində istənilən tədbiri təşkil edə bilirik. Biz vəziyyətə sahibik və xalq bizə dəstək verir", deyə Paşinyan bildirib.