İran şahının mumiyası tapılıb FOTO


Digərləri 24 Apr 2018 21:42:00 248 0

İran şahının mumiyası tapılıb  FOTO

İran hökmdarı Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.

Son.az "Report"a istinadən bildirir ki, Tehran İslam şurası mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.

Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.

Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.


Xəbərə aid fotolar