Neft 75 dollar oldu: İrana qarşı sanksiyalar


Digərləri 24 Apr 2018 21:48:00 212 0

Neft 75 dollar oldu: İrana qarşı sanksiyalar

İrana qarşı yeni mümkün ABŞ sanksiyaları ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, son 3 il yarım ərzində ilk dəfə olaraq neftin qiyməti bir barel üçün 75 dollar həddini keçib.

Çərşənbə axşamı 6 gündür ki, artmaqda olan Brent markalı neftin qiyməti 75,27 dollara çatandan sonra bir qədər enib.

12 mayda ABŞ İranla nüvə sövdələşməsinin uzadılmasına dair ya qərar verməli, ya da bu ölkəyə qarşı sanksiyalarını bərpa etməlidir.

OPEC çərçivəsində neft hasilatının həcminə görə sayca üçüncü ölkə olan İrana qarşı belə bir addım, qlobal neft təchizatını məhdudlaşdıra bilər.