Paşinyan Sarkisyanı təqib etməyəcəyinə söz verdi


Dünya 24 Apr 2018 21:49:00 221 0

Paşinyan Sarkisyanı təqib etməyəcəyinə söz verdi

Yerevanda etiraz hərəkatına başçılıq edən deputat Nikol Paşinyan, Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinin təqib olunmayacağını bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Paşinyanın sözlərinə görə, hazırda müvəqqəti hökumətinin bir nömrəli tapşırığı azad növbədənkənar seçkilərə hazırlıqdır.

Bundan əvvəl Paşinyan xalqın ona etimad göstərəcəyi təqdirdə, baş nazir olmağa hazır olduğunu bildirib.