Ürək üçün ən zərərli 5 dərman


Digərləri 24 Apr 2018 21:25:00 244 0

Ürək üçün ən zərərli 5 dərman

Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.

Son.az oxu.az-a istinadən bildirir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.

Ekspertlər "böyük beşliyə" daxil olan ağrıkəsicilərin (ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminə təsirlərini hərtərəfli şəkildə araşdırıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.