Şəban ayında Peyğəmbərə (s) necə kömək etmək olar?


Digərləri 24 Apr 2018 21:20:00 301 0

Şəban ayında Peyğəmbərə (s) necə kömək etmək olar?

Şəban ayı - əziz Peyğəmbərə (s) məxsus olan aydır ki, din alimləri bu ayda çoxlu salavat göndərməyi ən bəyənilən əməllərdən hesab edirlər. Bu ayın fəziləti barəsində buyururlar: "Allah Öz zatına and vermişdir ki, hər kim bu ayda Ona pənah aparar, Öz rəhmətindən onu məhrum qoymaz".

Son.az deyerler.org-a istinadən bildirir ki, Ayətullah Hacı Mirzə Cavad Ağa Mələki Təbrizi bu ayla bağlı buyurur: "Bu ayın ən mühüm əməli - orucdur. Yaxşı olar ki, bu ayın hamısını, əgər maneə olarsa - son iki gününü oruc tutasınız. Yəni, çalışın ki, Şəban ayının orucu ilə Ramazan ayının orucu arasına fasilə salmayasınız.

Əgər bunu da bacarmasanız, o qədər oruc tutun ki, Peyğəmbərin (s) müqəddəs dəvətinə daxil ola biləsiniz. O kəslərdən olun ki, Həzrətə (s) oruc vasitəsilə yardım edər. Güman etmirəm ki, bir və ya iki gün oruc tutmaqla bu dəvətə daxil olasınız. O kəslərdən olmağa çalışın ki, deyərlər: "Biz Peyğəmbərə (s) yardım etmişik"".