Bakıda qayda pozan sürücü yolda təpik atdı VİDEO


Digərləri 24 Apr 2018 21:12:00 314 0

Bakıda qayda pozan sürücü yolda təpik atdı  VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücü, sürətli yolun ortasında avtomobili saxlayaraq digər avtomobilə təpik atıb. Hadisə Bakı-Ələt magistralında baş verib. Buna səbəb əks istiqamətdə hərəkət edən sürücüyə digər avtomobilin sürücüsünün yol verməməsi olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sürətli yolda əks istiqamətdə hərəkət edən sürücü ona vaxtında yol verməyən sürücüyə əsəbləşərək arxasıyca gəlib.

90 SO 003 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol verməyən avtomobili saxlatdırmaq istəyib. Bunu bacarmadıqda isə sürücünün yanında oturan sərnişin avtomobilə təpik atıb. Bununlada əsəbi soyumayan sürücü bir az sonra yenidən avtomobilin qarşısını kəsməyə cəhd göstərib. Hətta bu zaman qadağan olunmuş səs siqnallarından da istifadə edir. Yenə istəyinə nail ola bilməyəcəyini görən sürücü, bu dəfə özü avtomobilə təpik vurur. Bunu görən sürücü hadisə barədə polisə məlumat verib.

Hadisə ötən gün Bakı-Ələt yolunun 34-cü kilometrliyində sürücü Təbriz Yusubovun başına gəlib. Həmin sürücü müsahibə vermək istəməsə də avtomobilinə ziyan dəydiyini və bu gün Qaradağ rayonu 11 -ci polis bölməsinə çağrılaraq ifadəsinin alındığı bildilir.


Xəbərə aid video