Taksometri olmayan taksi sürücüləri cərimələnəcəklər VİDEO


Digərləri 24 Apr 2018 21:14:00 274 0

Taksometri olmayan taksi sürücüləri cərimələnəcəklər  VİDEO

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobillərinə taksometr cihazı qoymasalar cərimə eiləcəklər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı məsələ ötən gün İnzibati Xətalar Məcəlləsinə edilən dəyşiklikdə yer alıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı bildirib ki, hazırda Bakı şəhərində çox az taksi fəaliyəti ilə məşğul olan avtomobillərdə taksometr var. Onun sözlərinə görə, taksometr cihazının bütün bu işlə məşğul olan avtomobillərə quraşdırılması olduqca çətindir.

Qeyd edək ki, məsələ bir müddət əvvəl gündəmə gəldikdə Dövlət Yol Polisi taksi sürücülərinə bu qurğu olmadığına görə İnzibati Xətalar Məcəllləsinin 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdılar. Amma dünən təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma həmin cərimə yanlız gələn ilin yanvar ayından tətbiq edilə bilər.


Xəbərə aid video