Sosial şəbəkələrdə sizləri qıcıqlandıran 10 insan növü


Digərləri 24 Apr 2018 21:15:00 243 0

Sosial şəbəkələrdə sizləri qıcıqlandıran 10 insan növü

Sosial şəbəkələr müxtəlif xarakter və vərdişlərə sahib insanlarla dolu olan virtual yerlərdir. Həmin insanlardan çoxu özünü fağır və sakit aparır. Lakin elə insanlara da rast gəlinir ki, onlardan öz sosial şəbəkə hesablarını silmələrini və ümumiyyətlə internetdən uzaq olmalarını xahiş etməyi istəyirsən. İnsanlarda qıcıqlandırma yaradan insan növlərini aşağıdakı siyahıda təqdim edirik.

Sevgililər

Son.az technote.az-a istinadən bildirir ki, daimi şəkildə özlərinin və ya münasibətdə olduqları şəxslərlə birgə fotolarını paylaşırlar, sonsuz sevgi uğrunda and içirlər və bir-birindən ayrı necə yaşaya bilmədikləri barəsində danışırlar. Siz və sizin dostlarınız bəlkə də arzulayırsınız ki, həmin iki şəxs tez bir zamanda evlənsəydilər sosial şəbəkədəki ana səhifəniz dincələrdi.

Lovğalar

Reallığı biraz da şişirdərək öz maaşlarının miqdarı, evlərinin ölçüsü, təzə aldıqları ayaqqabılarının qiyməti barəsində danışırlar. Onlar bu haqda danışmağı istəyirlər. Biz isə onları yüksək səviyyədə qızıqlandıran insanlar növünə aid etmək istəyirik.

Özü-özünü reklam edənlər

"Mənim təşkil etdiyim tədbirə gəlin", "mənim yeni mahnıma qulaq asın", "yeni məhsulu mənim online mağazamdan alın" və s. Dostum mən nə supermarketə nədə konsertə gəlmişəm. Mən Facebook-a gəlmişəm. Özünü başqa yerdə reklam et və adamı əsəbiləşdirmə.

Professional mübahisəçilər

Mübahisə xatirinə mübahisə etmək onların sevimli peşələridir. Onlar istənilən kiçik diskussiyanı mənasız və şişirdilmiş müzakirəyə çevirməyi bacarırlar. Onlar hətta mübahisədə olduqları şəxsin qarşısına guya nüfuzlu mənbələrdən olan "arqument"ləri gətirərək həmin şəxsin bir kəlmə də deməsinə imkan vermirlər. Çox dəhşətli haldır.

Keçmişin xatirələri

Orta məktəbdə oxuyan zaman 6-cı sinifdə bir parta arxasında oturduğunuz şəxs yadınızdadırmı? Təbii ki, əksər vaxt belə adamlar xatırlanmır. Günlərin birində o sizə sosial şəbəkədə dostluq göndərər və ardınca da "Salam" yazar. Siz isə oturub fikirləşərsiniz ki, niyə bu şəxs mənə dostluq göndərdi? Əksər hallarda bu cür adamlar qıcıqlandırırlar və həmin adamlara heçnə yazmaq istəmirsən. Əgər belədirsə onda heçnə yazmayın.