Fərda Xudaverdiyev çətin günlərindən danışdı: "Çox əziyyət çəkirdim..." FOTO


Şou-biznes 24 Apr 2018 21:17:00 331 0

Fərda Xudaverdiyev çətin günlərindən danışdı: "Çox əziyyət çəkirdim..."  FOTO

Aktyor Fərda Xudaverdiyevin Son.az-a müsahibəsi.

- Fərda bəy, işləriniz necə gedir?

- Şükür Allaha yaxşıdır. Deyirlər ki, Fərdanın filmləri çoxdur, əslində bu gün çəkilən filmlər çoxluq təşkil edir. Sadəcə olaraq, Fərdanın filmləri çox baxılır deyə üzdədir. Bu da bir günün içində olmayıb. O gün oturub hesablayıram, 20 ilə yaxındır ki, mən yumorla məşğulam.

- Yorulmursuz?

- İşdən zövq alırsansa, yorulmaq mümkün deyil. Adicə misal çəkim, kömək məqsədi ilə filmlərimizə aktyorlar dəvət edirik. Saat 8-9 olur, hələ məkan qurulur. Hövsələləri olmur, deyirlər ki, çıxaq gedək. Deyirəm ki, siz belə etsəniz, kinoda uğur qazana bilməyəcəksiniz. 20 il əvvəl nə çəkdiyim filmdən pul qazanmışam, nə də kənardan kimsə gətirib mənə pul verib. Bir qəpiksiz işləmişəm. Mən gedib toyda qazanmışam, onları üst-üstə yığıb film çəkmişəm. Təmiz tükənmişdim, artıq işlə bağlı qərar verib xalam oğlu ilə birlikdə Moskvaya getməli idim. Bir də gördüm ki, günəş biz tərəfə doğur. Təbii ki, hamısı əziyyətlə başa gəlib.

- Yeniyetməlik dövrünüzdə də çox əziyyət çəkdiyiniz bilirəm.

- Universitet illərində KVN yarışmalarına qatılırdıq, 700-800 uşaq içindən 2-3 nəfər qaldıq. KVN- bacarığımı göstərməyə kömək etdi. KVN-də hər insan dözmür, kimlər dözübsə, bu gün yanımızdadır. Onlardan biri də bu gün çiyin-çiyinə çalışdığım Elməddin Cəfərovdur.

- İndiyənə qədər ürəyinizcə olan komediya hansı idi? Söhbət son 4 ildən gedir...

- Birinci növbədə "Xoxan", 2-ci "Oğlan evi", 3-cü "Təhmin və Zaur", 4-cü  "Qızqaçırtma" və sonuncu "Ağ tük" komediyalarını misal göstərə bilərəm.

- Türkiyə ilə bağlı da bir işbirliyi oldu.

- Bəli, türk sənətçiləri ilə birgə "Yalnış anlama" filmində çəkildim.  Bu günlərdə Şafak Sezer ilə görüşdüm. O, məni çox axtarıb, amma mane olublar. Deyiblər ki, "onun şivəsi var", "o türkləri sevmir" və s. Sonunda yaxın bir dostumuz vasitəsilə görüşdük. Məni Türkiyəyə dəvət etdi, gedib görüşdük. İnşallah ki, yeniliklər olacaq. Onunla çəkiləcək olduğum film məni Türkiyədə 50-60 faiz tamaşaçılara tanıtdıracaq. Mən buna inanıram.


Xəbərə aid fotolar