Yanacaqdoldurma məntəqəsində qətl törədilib


Digərləri 24 Apr 2018 21:07:00 314 0

Yanacaqdoldurma məntəqəsində qətl törədilib

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray körpüsü yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib. Abşeron rayon Saray qəsəbə sakini, 31 yaşlı Sücayət Əsgərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılsa da reanimasiya şöbəsində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Qeyd edək ki, Sücayət Əsgərovun Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğu bildirilir. Hadisəni törədən şəxs axtarılır.


Xəbərə aid video