Əməkdar artist: "Rejissor kök olduğumu bəhanə edib, məni çəkmək istəmirdi" FOTO


Kriminal 24 Apr 2018 21:07:00 299 0

Əməkdar artist: "Rejissor kök olduğumu bəhanə edib, məni çəkmək istəmirdi"  FOTO

Əməkdar artist Nahidə Orucova son zamanlar yeni görkəmi ilə müzakirə obyektinə çevrilib. Aktrisa Son.az-a deyir ki, bir zamanlar artıq çəki aldığına görə rejissorla mübahisə də edib:

"Kök olanda rejissorlar bəhanə edirdi ki, köksünüz, obraza uyğun gəlmirsiniz. Hətta bir dəfə çəkilişdə rejissorla bu barədə mübahisəmiz də olmuşdu. Tarixə baxsanız, görərsiniz ki, bizim ən məşhur aktrisalarımızın hamısı ətli-qanlı olublar. Buna misal olaraq Leyla Bədirbəyli, Münəvvər Kələntərlini göstərə bilərəm. Kök aktrisa səhnədə gözəgəlimli görünür. İndi də arıqlamışam, heç filmə dəvət edən yoxdur. Bütün bunlar hamısı rejissorlar üçün bəhanədir. Əslində, arıqlamağım da səhhətimlə bağlıdır, istədiyimdən özümü arıqlatmamışam. İndi də deyirlər ki, yenidən əvvəlki görkəminə qayıt. Amma bu görkəmimi bəyənənlər də var".

Əli Rəhimoğlu Son.az


Xəbərə aid fotolar