Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb VİDEO


Digərləri 24 Apr 2018 21:08:00 243 0

Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb  VİDEO

Siyəzəndə aprelin 20-dən itkin düşən 27 yaşlı gənc hələ də tapılmayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayon sakini Mirzəcan Bayramov 4 gün əvvəl işdən gəldikdən sonra çantasını evə qoyub və harasa gedib. Valideynləri səhəri gün onun evdə olmadıgını bilib və axtarışlara başlayıblar. Mirzəcanın yaxınları axtarışlar zamanı onun paltarını və telefonunu Taxtakörpü Ceyranbatan su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsindən tapıblar. Qohumları dərhal aidiyyatı üzrə gəncin itməsi barədə müraciət ediblər. Rayon polis şöbəsindən verilən məlumata görə, müraciət daxil olandan itkin düşən şəxsin axtarışları davam edir. Mirzəcan Bayramov evlidir, 1 övladı var.


Xəbərə aid video