Azərbaycanda məişət tullantıları hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib


Digərləri 24 Apr 2018 20:50:38 178 0

Azərbaycanda məişət tullantıları hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib

Azərbaycanda məişət tullantıları hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bakı. 2017-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1 faiz az tullantı əmələ gəlib. Onların 56,8 faizini bərk məişət tullantıları, 43,2 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Trend-in məlumatına görə, ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb, 66,1 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8 faizini təşkil edir.