Birinci instansiya məhkəmələrində baxılan inzibati xətalara dair işlər artıb


Digərləri 24 Apr 2018 20:48:00 274 0

Birinci instansiya məhkəmələrində baxılan inzibati xətalara dair işlər artıb

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 56 011 işə baxılıb ki, bu da 2016-cı ilin göstəricisindən 49,4 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, onların 72,8 faizi idarəçilik qaydaları, 6,0 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,6 faizi yol hərəkəti qaydaları, 5,3 faizi sağlamlıq, 2,3 faizi mülkiyyət əleyhinə olan, 1,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 1,2 faizi gömrük qaydaları, 1,1 faizi ticarət qaydaları, 0,3 faizi iqtisadi fəaliyyət qaydaları, 4,1 faizi isə digər inzibati xətalarla bağlı olub.

2017-ci ildə baxılmış işlərin 61,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 12,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.