Gəlin nikah zamanı zarafat etmək istədi,


Digərləri 24 Apr 2018 20:18:00 240 0

Gəlin nikah zamanı zarafat etmək istədi,

Türkiyədə nikah mərasimində gəlinin dediyi söz başına bəla olub. 

Son.az sputnik-ə istinadən xəbər verir ki, Manisada nikah mərasimində gəlinin gələcək həyat yoldaşı ilə zarafat etmək məqsədilə dediyi söz nikahın baş tutmamasına səbəb olub. İndi cütlük evlənmək üçün yenidən nikah tarixi təyin etməli olacaq. 

Məlumata görə, 9 il sevgili qaldıqdan sonra evlənmək istəyən Xədicə Koşman və Turqut Dinçərin dünən nikahı olmalı imiş. Gəlin Xədicə Koşman naz edərək həyat yoldaşını bir az intizarda saxlamaq məqsədilə nikah məmurunun "Turqut Dinçəri həyat yoldaşı olaraq qəbul edirsinizmi?" sualına "Yox demək mümkün deyil, əlbəttə ki, bəli" cavabını verib. Bu sözdən sonra gəlin gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Nikah məmuru nikahı rəsmiləşdirməkdən imtina edib. Gəlinlə bəy nikah məmurunu razı salmağa cəhd etsələr də, bu mümkün olmayıb və gənclər evlənmədən evə qayıtmalı olub. Hadisənin şokunu yaşayan Turqut Dinçər nişanlısının onunla zarafat etmək istədiyini deyib. O bildirib ki, Xədicə uzun müddət imiş ki, nikahın qeyri-adi keçməsi üçün çalışaraq videolara baxırmış.