Galatasaray-ın sabiq çalışdırıcısı İtaliya klubu ilə anlaşdı


İdman 24 Apr 2018 19:20:00 303 0

Galatasaray-ın sabiq çalışdırıcısı İtaliya klubu ilə anlaşdı

PAOK və Galatasaray-ın sabiq çalışdırıcısı İqor Tudorun yeni klubu məlumdur. Goal.az xəbər verir ki, xorvatiyalı mütəxəsis A Seriyasında mübarizə aparan Udinese-nin sükanı arxasına keçəcək. Udine klubu çempionatda 11 oyundur qələbə qazana bilmir.Tudorun mövsümün sonuna kimi bu klubda işləyəcəyi gözlənilir.

Qeyd edək ki, gənc mütəxəsis 2017-ci il 18 dekabrda Yeni Malatya-ya məğlubiyyətdən sonra Galatasaray-dan istefaya göndərilmişdi.